Aforizmlər

                                                                                                         
                                                                                                                                               
                                     BƏDİİ ƏDƏBİYYAT haqqında

1.      Ədəbiyyat xalqın şüurudur, onun mənəvi həyatının diriliyidir.      (V.Q.Belinski)
2.      Ədəbiyyatın vəzifəsi hadisələri ideyalara çevirməkdir. (C.Santayana)
3.     Bədii ədəbiyyat oxumaq üçün də vaxt tapmaq lazımdır, yoxsa insanın beyni quruyar. (S.M.Kirov)
4.     Bədii əsərin ömrü onun xalq tərəfindən bəyənilməsindən asılıdır. (S.Vurğun)
5.      Bədii əsərdə sözlər üçün darısqallıq, fikir üçün genişlik olmalıdır. (M.Qorki)
6.      Bədii ədəbiyyatın tərbiyəvi əhəmiyyəti olduqca böyükdür, ona görə ki, bədii
ədəbiyyat fikrə və hislərə eyni vaxtda və eyni qüvvə ilə təsir göstərir. (M.Qorki)
7.      Balaca oxucuları bədii əsərdə ən çox əhvalat və hadisələr maraqlandırır. (Zahid Xəlil) 
8.      Bədii əsər oxucuda gözəl hislər yaradır, həyatı, insanları başa düşməkdə ona kömək edir. (Fikrət Qoca)
9.      Yaxşı bədii əsər oxucunun hislərinə, düşüncəsinə təsir edir, onu hərtərəfli
 zənginləşdirir.  (İlyas Əfəndiyev)
10.  Mütaliə insanı kamilləşdirir, onun nitq qabiliyyətini inkişaf etdirir. (Frensis Bekon)
11.  Ədəbiyyat – azad insan sözləri ilə ifadə olunur ki, bu da həm səs, həm lövhə, həm də
 müəyyən aydın ifadə olunmuş təfəkkürdür. Buna görə də ədəbiyyat incəsənət
 növlərinin bütün başqa ünsürlərinə malik olub, ayrılıqda onların hər birindən
 tamamilə istifadə etmiş olur. Ədəbiyyat bütün küll halında, incəsənətin tərkibindən   
 ibarət olub, onun bütün cəhətlərini əhatə etməklə bərabər, bütün fərqlərini müəyyən
 və aydın bir şəkildə ehtiva edir. (V.Q.Belinski)
 
                                                 
                                                        
                                                                                        ELM  haqqında




1.      Elmin hüdudları üfüq xəttinə oxşayır: biz ona nə qədər yaxınlaşsaq, o bizdən o qədər uzaqlaşır. (Pyer Buas – fransız dilşünas)
2.      Tanrı da düşməndir mənəm deyənə,
Elmini əməldə göstərməyənə. (Sənai Qəznəvi)
3.      Elmlər kitabın yox, kitablar elmin nəticəsi olmalıdır. (Bekon)
4.      Elm – güc deməkdir. (Bekon)
5.      Elmin təhsilinə fürsət varkən əldən buraxma. (A.Bakıxanov)
6.      Elmdə hər şey mühümdür. (H.Hayne)
7.      Elmin və onun öyrənilməsi azaddır. (Alman Mieli)
8.      Elmin vəzifəsi öyrənməkdir, onun heç bir bəzək-düzəyə ehtiyacı yoxdur. (Manili)
9.      Elm – mütəşəkkil bilik deməkdir. (Spenser)
10.  Təcrübəli, çalışqan, zəhmətsevər bir müəllim, həssas, nazik qəlbli, məzmunlu insan dərin elmdir. (A.Şaiq)
11.  Əql və elm ilə insan bütün dünyanı tərif edə bilər. (H.Zərdabi)
12.  Əxlaq həqiqi elmin, biliyin zəruri nəticəsidir. (Neyn)
13.  Qəlb üçün ən böyük zövq – elmdir. (Flamasion)
14.  Elmin təhsilini hamı şeylərdən vacib bil. (A.Bakıxanov)
15.  Hər uca rütbədən biliniz, fəqət,
      Alimin rütbəsi, ucadır, əlbət. (Nizami)
16.  Ancaq o adam elmin parlaq zirvəsinə çata bilər ki, yorulmaqdan qorxmayıb, onun daşlı-kəsəkli cığırları ilə dırmaşsın. (K.Marks)
17.  Elm məntiqi cəhətdən sistem halında birləşmiş və ideyası olan biliklərdən ibarətdir. (M.Kutoraça)
18.  Elmi ilə alim olmayanın söylədiyi təsirsiz qalatr. (Türk atalar sözü)
19.  Doğrudan, bu da hünərdir ki, adam bir şeyi bilməyə-bilməyə və eşitməyə-eşitməyə o şeydən xəbər verə. Bu özü də bir cür elmdir, bəlkə də, Allah vergisidir. (C.Məmmədquluzadə)
20.  Elm – ağılın çırağıdır. (Azərbaycan atalar sözü)
21.  Tarixə nəzər salsanız, yəni keçən millətlərin barəsində oxusanız, yəqin edərsiniz ki, heç bir millət qılınc və tüfənglə qabağa getməyibdir. Hansı millət ki, qabağa gedib, tərəqqi edibdir, ancaq elmin gücünə xoşbəxt olubdur (N.Nərimanov)
22.  Məktəb! Məktəb! Bizi ancaq məktəb nadanlıqdan xilas edə bilər. (N.Nərimanov)
23.  Elmi öyrənmək və mərifət sahibi olmaq insanlar üçün təkcə məişətlərini təmin etmək vasitəsi deyildir. Elm insanlara eyni zamanda onların əxlaqını, rəftarını və əməlini yaxşılaşdırmaq üçün təcrübədən keçirilmiş bir vasitədir. (M.F.Axundov)
24.  İnsan yalnız bilmədiyi şeydən qorxur, bilik isə hər cür qorxuya qalib gəlir. (V. Q.Belinski)
25.  Elmin cövhəri qızıl kimidir, köhnəldikcə təzələnir. (M. Əvhədi)
26.  Elmin köməyi ilə insan öz təbiətindəki çatışmazlığı düzəltmək iqtidarındadır. (İ. İ. Mençnikov)
27.  Elm həm bildiklərinizi, həm də bilmədiklərinizi bildirmək üçündür. (Çin atalar sözü)
28.  Elm ancaq xoş niyyətli insanların əlində olanda fayda verir. (Sokrat)
29.  İki şey dünyada hökm edər: qılınc və düşüncə. Qılınc da əvvəl-axır düşüncəyə məğlub olur.
 ( Napoleon)
30.  Elm və idman sevgi görmədiyi yeri tərk edər. (İbn Sina)
31.  Hər baş içinə bir şey qoyduqca daralır. Ancaq bilik qabı müstəsnadır.. O, bilik qoyulduqca genişlənər. (Həzrət Əli)
32.  Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır (Mişel Monten)
33.  Mən öyrətdim onlara, öyrətdim bilik nədir,
      Oxumağı, saymağı dedim bir  xəzinədir. (Esxill)
34.  Biliksiz adam okeanda azan yelkənsiz gəmiyə bənzər: ya sahilə çırpılıb parçalanar, ya tufana düşüb batar. (Pifaqor)
35.  Elmdir cümlə sənətin dəyəri,
Elmsiz sənətin nədir səməri? (A.Səhhət)
36.  Təhsil xəzinədir, əmək onun açarı. (Seyid Əzim Şirvani)
37.  Elm sərkərdə, təcrübə isə onun əsgəridir. (Leonardo da Vinçi)
38.  Elm bölüşüldükcə artan xəzinədir... (Bhartrihari)
39.  Elm sərvətdən daha qiymətlidir. Çünki sərvəti sən qoruyursan, halbuki elm səni qoruyur...(Hz. Əli (r.a.))   
40.  Bilik öyrənməyi ar bilən hər kəs,
Dünyada mərifət qazana bilməz. (Nizami Gəncəvi)
41.  Bir elmi öyrənmək istədikdə sən,
 Çalış ki, hər şeyi kamil biləsən.
 Kamil bir palançı olsa da insan
Yaxşıdır yarımçıq papaqçılıqdan. (Nizami Gəncəvi)
42.  Elmi bələkdən qəbrədək öyrənmək lazımdır. (Sədi)
43.  Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər. (Sədi)
44.  Yarat bir əsər ki, adın ucalsın,
 Sən ölüb gedərsən, yerində qalsın. (Ə.Cami)
45.  Hər bir millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır. (A.Şaiq)
46.  Elmi olub, ağlı olmayan adam elmə əziyyət verər. (Nuşirəvan Adil)
47.  Elmsiz, biliksiz ölüdür insan.(Sənai Qəznəvi)
48.  Əməlsiz elm ayağa cıdardır. (M.Əvhədi)
49.  Qədrin bil elmi fəzlin,
Elmin yolunda can ver. (M.Ə. Sabir)
50.  Elmsiz iş şoran yerə səpilmiş toxum kimidir. (Sənai Qəznəvi)

                                       
                                 
                                                   KİTAB haqqında

1.      Kitab yaxşı kağızda və gözəl çap olunduqda onun ləyaqəti də, qüsuru da daha aydın nəzərə çarpır. (Ş.Ansilon)
2.      Kitabın ən yaxşı bəzəyi ən əvvəl onun mətnidir. (M.Klinker)
3.      Cəlbedici zahiri görkəm, pis yazılmış kitabı yaxşılaşdıra bilməz. Eyni zamanda oxucunun tələbinə uyğun olmayan pis nəşr yaxşı kitabı da nəzərdən sala bilər. Adamlar haqqında deyildiyi kimi – kitabı da geyiminə görə qarşılayırlar, ağlına görə yola salırlar. (M.Muratov)
4.      Sərlövhə kitabın yol göstəricisidir. Sərlövhəni elə yazmaq lazımdır ki, öz vəzifəsinə uyğun olsun. (M.Muratov)
5.      Kitab bəşəriyyətin tərəqqisinin ən böyük vasitələrindən biri, siyasi mübarizənin ən güclü silahı, insanlığın topladığı bütün biliklər məcmusunu mənimsətmək üçün qüdrətli amildir. (Bes)
6.      Kitabı sevin, o bilik mənbəyidir, ancaq bilik insana nicat verər, ancaq bilik bizi insanı ürəkdən sevməyi, onun zəhmətinə hörmət etməyi, onun arasıkəsilməz böyük zəhmətinin səmərəsi olan gözəl bəhrələri ürəkdən bəyənməyi bacaran, ruhən qüvvətli, namuslu və ağıllı bir adam edir. (M.Qorki)
7.      Məndə olan bütün yaxşı keyfiyyətlər üçün kitablara borcluyam. (M.Qorki)
8.      Dünya olduqca böyükdür. Siz öz gözlərinizlə onun çox kiçik hissəsini görə bilərsiniz. Buna görə də faktları kitablarda axtarın. Onları hər gün toplayın. (V.Obruçov)
9.      Ağıllı adamlar, yaxşı adamlar!
             Bilik kitabdadır, axtarsan əgər.
             Kitabı sevənlər tənhalıq bilməz,
             Elmə arxalanar, sınar, əyilməz.
             Kitab işıq saçar bir günəş kimi,
             Kitabdır arifin könül həmdəmi. (Ə.Cami)
10.  Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək,  ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq. (Maksim Gorki)
11.  Kitab bilik mənbəyidir. (M.Qorki)
12.  Kitab insanda görmədiyim, bilmədiyim,cəhətləri mənə sübut etmək qüdrətinə malikdir. (M.Qorki)
13.  Kitab insan ruhunun müqəddəs yazısıdır. (M.Qorki)
14.  Yaxşı kitab müəllifin bəşər nəslinə hədiyyəsidir.  (Ç. Aytmatov)
15.  Kitab təfəkkürün yorulmayan qanadlarıdır. (Aybek)
16.  Kitaba malik olmamaq, əqli yoxsulluğun ən yüksək dərəcəsidir. (C. Reskin)
17.  Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır (Shakespeare)
18.  Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar (Montaigne)
19.  Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır. (Seneca)
20.  Bu günün gerçək universiteti, bir kitabxanadır. (Carlyle)
21.  Kitab, tək ölümsüzlükdür. (Rufus Choate)
22.  Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!  (Oscar Wilde)
23.  Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır. (Alcott)
24.  Kitablar, itmiş başların abidələridir. (Sir William Davenant)
25.  Kitablar, heç solmayacaq bitkilərdir. (Herrick)
26.  Kitab heç aldatmayan bir yoldaşdır. (Guilbert De Pixrecourt)
27.  Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır. (Qasım bəy Zakir )
28.  İnsan güc ilə yox, mütaliə  etməklə ağıllanır. (C.Bruno)
29.  Əsl təhsil yalnız mütaliə  ilə əldə edilir. (N.A.Rubakin)
30.  Kitab ruhu qidalandırır, insanı ucaldır və möhkəmləndirir. (U.M.Tekkerey)
31.  Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır. (A.M.Upit)
32.  Kitab mənim üçün, tacdan qiymətlidir. (V.Şekspir)
33.  Kitab nəsillərin bir-birinə vəsiyyətidir. (A.Gertsen)
34.  Ömrünü elmə sərf edən adam heç vaxt ölmür. (Məhəmməd Peyğəmbər)
35.  Kitab təfəkkürün övladıdır. (C.Svift)
36.  Kitabsız qalmaq çörəksiz qalmaqdan çətindir. (V.Kubarev)
37.  Savadlı adam mütaliə etmirsə, təkrar savadsızlığa məhkumdur. İnsan gərək bütün ömrü boyu maariflənsin. (A.V.Lunaçevski)
38.  Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir. (R.Dekart)
39.  Kitab sahilsiz dəniz, biliklər ümmanıdır. (Aybek)
40.  Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən- nəsillərə yetirən fikir gəmisidir. (F.Bekon)
41.  Kitablar bizi ötən əsrlərin mənəvi həyatının varisi edir. (N.B.Vəzirov)
42.  Kitabsız bir ömrün nə mənası var .(Səməd Vurğun)
43.  Hər kim kitab oxumursa düzgün fikirləşə bilməz. (D.Didro)
44.  Kitabsız ev ürəksiz bədəndir. (M.Siseron)
45.  Kitab -sənin ilk dostundur. (M.Ə.Sabir)
46.  Kitab olmayan ev ruhdan ayrılan bədənə bənzər. (Siseron)
47.  Dünyada nə qədər kitab var belə,
              Çalışıb, əlləşib gətirdim ələ.
            Oxudum, oxudum, sonra da vardım,
            Hər gizli xəznədən bir dürr çıxardım. (Nizami Gəncəvi)
48.  Yaxşı kitabı ilk dəfə oxuyanda bizə elə gəlir ki, yeni dost qazanmışıq. Həmin kitabı təkrar oxumaq köhnə dostu yenidən görməkdir. (F.Volter)
49.  Kitablar da dost kimidir, az, fəqət yaxşı seçilmiş olmalıdır. ( S.J.Harris)
50.  Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib. (Ernest Heminquey)
51.  Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır. (Cim Ron)
52.  Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır. (Rey Bredberi)
53.  Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin. (Ə.H.Bəhmənyar)
54.  Yaxşı kitab çox yaxşı xəzinədir. (H.Zərdabi)
55.  Çox oxuyan yox, faydalı kitabları oxuyan əsil alim ola bilər. (K.Aristip)
56.  Kitab insan üçün mənəvi qidadır. (F. Bekon)
57.  Kitab dövrümüzün həyatıdır. Hamının: qocanın da,cavanın da, iş adamının da, işi olmayanın da, habelə uşaqların da ehtiyacı var. (V.Q.Belinski)
58.  Kitablar olmasaydı, mən səfalət və alçaqlıq içində qərq olardım. (M.Qorki)
59.  Bilik bizim ustadmız, kitab da müəllimimizdir. (V.Mayakovski)
60.  Kitab elə bir zəmidir ki, ondan hamı yesə də qurtarmaz. (Nizami)
61.  Kitab insan ruhunun müqəddəs yazısıdır. (M.Qorki)
62.  Qədim kitabların füsünkar təravəti şərabı andırır. (A.S.Qrin)


                                                    

13 yorum: