Milli dəyərlərimiz

                           

                             "SARI GƏLİN" mahnısı

     "Sarı gəlin" türk dünyasının mahnısıdır. Osmanlı zamanı
saraylarda rəqs edən qızların heç biri türk olmayıb. Onlar,
əsasən, başqa millətlərdən seçilirdi və rəqs paltarları sarı  
rəngdə olduğu üçün bu rəqqasələrə xalq arasında "Sarı qızlar"  
deyə xitab edirdilər. Rəvayətə görə, bu rəqqasələrdən birinə
aşiq olan türk oğlana ailəsi onunla evlənməyə icazə vermir.
Çünki "sarı qızlar"a  xalq arasında pis gözlə baxırdılar.
Deyilir ki, o qız erməni imiş. Beləliklə, dillərdə dastan olan
bu sevgiyə aid "Sarı gəlin" mahnısı yaranıb. Elə ona görədir
ki, ermənilər də bu mahnını çox sevirlər. Amma özləri də
çox gözəl bilirlər ki, "Sarı gəlin" türk dünyasına aiddir.
Ümumiyyətlə, "Sarı gəlin" adı ermənicə heç bir məna
daşımır. Milli musiqlərimizi, alətlərimizi və
mahnılarımızı qorumaq hər bir azərbaycanlının  vəzifəsidir.


Hiç yorum yok:

Yorum Gönder