Ədəbiyyat


  

                                                         
                                                       

                         MEHDİ HƏSƏNOV 
                              (1935- 1971)                                                                                       
                                                                                               
                        MARAL ƏFSANƏSİ
     Kərim əmi ovçuluğu çox sevsə də, ürəyi yumşaq adam idi. Öz dediyinə görə, ömründə cüyürə, ceyrana güllə atmamışdı. Hətta yeri düşəndə deyərdi:
     -    Ceyransız, cüyürsüz meşə, çöl susuz səhra kimi bir şeydir. Təbiətdən zövq almaq istəyirsənsə, onun yaratdığı çöllər gözəlinə qıyma.
     Payızın əvvəli idi. Kərim əmi ilə ova çıxmışdıq. Nədənsə ovumuz çox uğursuz keçdi. Cəmi ikicə qırqovul ovladıq. Bizə rast gələn bir cüt marala isə yalnız tamaşa etməklə kifayətləndik. Evə qayıdarkən yolumuzu “Maral bulağı”ndan saldıq. Bir az sərin su içib dincəldik.
     Bulaq mənzərəli yerdə idi. Hər tərəf göz işlədikcə uzanan meşəlik, ortada isə kiçik bir tala. Taladakı yastı təpənin üstündə bitən vahid qocaman çinar maralın buynuzlarını, yanlarından qaynayan bir cüt bulaq onun gözlərini, təpənin özü isə maralın başını xatırladırdı. Bulaqlardan axan su bir az aşağıda batıb yox olur, sonra isə birləşərək mal dili kimi meşənin içi ilə uzanırdı. Mənim bu mənzərəyə aludə olduğumu görən Kərim əmi:
       -        Oğlum, nə çox baxırsan? – deyə sual etdi.
       -       Heç, Kərim əmi, - dedim. – Doğrudan da, bulağa düz ad veriblər. Görün necə də adına oxşayır.
       -       Elədir, oğlum, elədir, - deyə o sözə başladı, - xalqın qoyduğu hər bir ad müəyyən hadisə,
rəvayətlə bağlıdır. Bu bulaq haqqında babalarımızdan yadigar belə bir rəvayət vardır:
       -        Bir zamanlar bizim bu meşələr marallar, ceyranlar oylağı imiş. Uzaq-uzaq ellərdən də
bura ova gələrlərmiş. Yadellilər zərif məxluqu rəhmsizcəsinə qırıb tökər, bundan həzz alarlarmış. Hansı ölkədənsə bura mahir bir ovçu gəlir. O, gündə neçə günahsız qana bais olurmuş. İsti günlərdən biri imiş. O, çoxdan bəri axtardığı bir ana maralın izinə düşür. Deyilənə görə, bu meşədə elə gözəl heyvan yox imiş. Ovçu onu bulağa su içməyə enəndə nişan alıb vurur. Köksündən yaralanmış maral çırpına-çırpına həsrətlə gah suya, gah da meşəyə doğru baxır. Ovun başını kəsmək istəyən ovçu onun gözlərindən axan yaşı görüb sarsılır. O, maralın baxdığı səmtə çevrildikdə qanına bulaşmış anasına doğru boylanan bir cüt bala görür. Özünə lənət oxuyur. Öz çirkin əməlindən peşman olub, bir daha ovçuluq etməyəcəyinə and içir. Maralı həmin yerdə basdırır. Üstünə də nişanə üçün bir ağac sancır. Səhər yaxın kəndin əhalisi bulağın başında bitmiş qollu-budaqlı çinarı görüb heyran qalır. Hamı bu möcüzənin tamaşasına çıxır. Baxırlar ki, köhnə bulaq quruyub. Ondan azacıq aralı kiçik təpəciyin yanlarından isə bir cüt bulaq əmələ gəlib. Ucalan çinar da hər iki bulağın ortasında bitib. Ovçu hadisəni açıb söyləyir. Hərə bunu bir cürə yozur. Bəzisi onun maral donuna girmiş “mələk” olduğunu, bulaqların isə onun göz yaşlarından əmələ gəldiyini deyir. Bundan sonra “mələyin” canına qəsd etdiyinə görə ovçunun bağrı yarılır. Elə o vaxtdan da bulaq “Maral bulağı” adlanır.
     Kərim əmi söhbətini qurtarıb ayağa qalxdı.
     Mən hadisənin nə qədər düzgün olduğunu deyə bilmərəm. Amma onu deyim ki, indi də hər günorta “Maral bulağı”na bir cüt maral enib su içir. Heç kəs də onların xatirinə dəymir. Dəyə də bilməz. Axı, onlar babalarımızdan bizə qalmış yadigardır.

                                            *******************************




                                                
                                                  BARMAQ TEATRI

     Uşаqlаrın körpə оlduqlаrı zаmаn аnаlаrındаn, bаbа və nənələrindən еşitdikləri ilk fоlklоr
nümunələrindən biri də “bаrmаqlаr hаqqındа hеkаyət”dir. Bunu “bаrmаq tеаtrı” аdlаndırmаq
dа оlаr. Bеlə tеаtrlаrdаn bəzilərini nəzərdən kеçirsək, bizdə fikir аydınlığı yаrаnаr.
     Əldə bеş bаrmаq vаr və оnlаrın köməkliyi ilə lаp körpəlikdən öyrənilməsi zəruri оlаn sirləri
uşаqlаr üçün əyаni şəkildə göstərmək mümkündür. Uşаqlаrа оğurluğun pis vərdiş оlduğunu
nеcə bаşа sаlmаlı? Hələ аdi həyаt hаdisələrindən bаş çıхаrmаyаn, hər şеyə bir sirli vаrlıq kimi
bахаn məsum uşаğа bunu nеcə öyrətməli? Nəsihətlər və аtаlаr sözləri burаdа kаrа gəlmədiyi
üçün хаlq yоllаr ахtаrmış, “bаrmаq tеаtrı”nı yаrаtmışdır. “Bаrmаq tеаtrı”nın ssеnаrisi bеlədir:
     Bеş qаrdаş - bеş bаrmаq - yеmək ахtаrırlаr. Çеçələ bаrmаq dеyir:
- Gəlin çörək yеyək.
Оnun yаnındаkı bаrmаq suаl vеrir:
 - Çörəyi hаrаdаn аlаq yеyək?
Оrtа bаrmаq dеyir:
- İşləyək, yеyək.
Şəhаdət bаrmаq dеyir:
- İşləməsək nə yеyək?
Bаş bаrmаq dеyir:
- Gəlin gеdək оğurluğа!
     Bu, “bаrmаq tеаtrı”nın birinci pərdəsidir. Sоnrа əsərin finаl hissəsi gəlir. Bаrmаqlаr
birləşib, оğurluğа gеtməyi təklif еdən bаrmаğın bаşını kəsirlər. Еlə оnа görə də bаş bаrmаq
bütün bаrmаqlаrdаn gödəkdir.
     Bаlаcа tаmаşаçının qаrşısındа həyаtın bir səhnəsi cаnlаnır. Оğurluğun, özgə hеsаbınа
yаşаmаğın pis şеy оlduğunu uşаq о dəqiqə аnlаyır. Bu fikir didаktikа, nəsihət yоlu ilə dеyil,
əyаni, həyаti surətlərlə uşаğа çаtdırılır. İştirаkçılаrın sаyı аz, təsvir оlunаn əhvаlаt sаdə
süjеtə mаlik оlsа dа, fikir tаmаmilə аydındır.
Bu fоlklоr nümunəsində həyаt həqiqətləri uşаğа əyаni şəkildə еlə çаtdırılır ki, bəlkə də,
bu işi görmək üçün hər hаnsı bir mütəхəssis sааtlаrlа vахt itirməli оlаrdı.
“Bаrmаq tеаtrı”nın еləsi də vаrdır ki, bədii cəhətcə dаhа kаmildir. Məsələn, bеlə
fоlklоr nümunələrindən biri ilk “pərdədə” iştirаkçılаrı tаmаşаçılаrlа tаnış еdir və
persоnаjlаrın təqdimi zаmаnı bədiilik, оbrаzlılıq ön plаnа çəkilir:
Bаş bаrmаq,
Bаşаlа bаrmаq,
Uzun Hаcı,
Qıl turаcı,
Хırdаcа bаcı.
İkinci “pərdədə”  isə bаrmаqlаr öz “rоllаrını”  ifа еtməyə bаşlаyırlаr:
Bu vurdu,
Bu tutdu,
Bu bişirdi,
Bu аşırdı (yəni: yеdi)
Vаy! Bəbəyə qаlmаdı!
     Хırdаcа bаcı”yа hеç nə qаlmır. Bunа görə də о, аrıq və bаlаcаdır. Bu əhvаlаt
аqlаrdа özlərindən kiçik оlаn bаcı və qаrdаşlаrınа qаrşı məhəbbət yаrаdır. Оnlаr bе
dərk еdirlər ki, çеçələ bаrmаğа böyük bаcı və qаrdаşlаr yеmək vеrmədiklərinə görə о,
bехırdа qаlmışdır.
“Bаrmаq tеаtrı”nа dаir nümunələr çох оlmаsа dа, məlum оlur ki, хаlq uşаqlаrın tеаtrа
оlаn mаrаğını və оnlаrın tərbiyəsinə misilsiz təsirini məhаrətlə duymuşdur.



                         KLASSİK AZƏRBAYCAN ƏDƏBİYYATINDA
                         VAXTİLƏ ÇOX  İŞLƏNMİŞ ŞEİR NÖVÜ OLAN
                         TUYUQ HAQQINDA MƏLUMAT

     Minilliklər ərzində formalaşan və daim inkişaf edən Azərbaycan ədəbiyyatı
 öz zənginliyi ilə həmişə diqqəti cəlb etmişdir. Bu zənginliyin özü də birtərəfli
qaydada yox, bütöv, kamil strukturda olmuşdur. Yəni Azərbaycan ədəbiyyatı
 formaca geniş və rəngarəng olmaqla bərabər, məzmun və məna etibarilə də
çox müxtəlif məsələləri əhatə etdiyi üçün həmişə diqqəti cəlb etmişdir. İnsana
xas olan hiss və duyğular psixoloji baxımdan bütün rəngarəngliyi ilə
ədəbiyyatımızda öz bədii əksini tapdığı kimi, icimai-siyasi-fəlsəfi məsələlər
də çox böyük sənətkarlıqla şərh edilmişdir.
     Ədəbiyyatımızın ən üstün cəhətlərindən biri budur ki, onda hər zaman
məzmun-forma vəhdəti olmuşdur. Klassik sənətkarlarımız əvvəlcə
düşündükləri fikirlərə uyğun münasib ədəbi formalar seçmişlər. Dramatik əsərlər
 istisna olunmaqla lirik və epik əsərlərin saysız-hesabsız janrları dediklərimizi
sübut edir.
     Bir cəhət də maraqlıdır ki, Azərbaycan ədəbiyyatı həmişə türkdilli xalqların
 ədəbiyyatları ilə qarşılıqlı əlaqədə olmuşdur. Bu, təbii bir haldır. Təxminən eyni
 dilə, adət-ənənələrə, psixoloji xüsusiyyətlərə malik xalqların ədəbiyyatları da
istər-istəməz oxşar olmalıdır. Türkdilli xalqların ədəbiyyatlarının bir-biri ilə
yaxınlığını, hətta bəzən oxşarlığını çoxlu faktlar, o cümlədən bizim haqqında
bəhs edəcəyimiz lirik şeir növü olan tuyuqlar da sübut edir.
     Tuyuq – qədim türk dilində “şeir” mənasını ifadə edib. Yəni bu sözün sinonimi
olub. Bu fikri məşhur türkoloq və ədəbiyyatünas alim F.Köprülüzadə özünün “Türk 
araşdırmaları” əsərində qeyd etmişdir.
     Tuyuq – türkdilli xalqların klassik poeziyasında 4 misralıq bütöv, yığcam bir
fikri ifadə edən lirik şeir növüdür. Onun ilk nümunələrinə miladi tarixinin
üçüncü-dördüncü əsrlərində rast gəlinir. Deməli, tuyuq ərəblərin Şərq ölkələrinə,
o cümlədən Azərbaycana hərbi yürüşlərindən çox-çox əvvəl qeydə alınıb ki,
bu da onun heca vəznində yazılan sırf türk mənşəli şeir növü olduğunu göstərir.
 Lakin IX-X əsrlərdən sonra tuyuq əruz vəzninin rəməl bəhrində də çox yazılıb.
Formaca rübaiyə çox oxşayır.
     Tuyuğun yaranma tarixi göstərir ki, o, əvvəlcə şifahi xalq ədəbiyyatının
nümunəsi – məhsulu olub. Onun yazılı ədəbiyyata daxil olması IX-X əsrlərə
 təsadüf edir.
     Məşhur özbək şairi Ə.Nəvai özünün “Şeir vəznlərinin ölçüsü” əsərində qeyd
edir ki, tuyuq türkdilli xalqların ədəbiyyatında çox yayılıb. Tuyuq xoş ahəngə - musiqiyə
yatımlı olduğundan məclislərdə mahnı kimi oxunub.
     Deməli, tuyuq türkdilli xalqların sevimli şeir növü olub. Türk şairi Yunus İmrənin,
özbək şairi Ə.Nəvainin, Azərbayan şairləri Qazi Bürhanəddin və İ.Nəsiminin
yaradıcılıqlarında çoxlu miqdarda tuyuqlara rast gəlirik.
     Tuyuq lirik şeir növü olsa da, onun mövzu dairəsi çox genişdir.Tuyuqlarda insanın
 məhəbbət duyğuları yüksək sənətkarlıqla tərənnüm edildiyi kimi, ictimai-siyasi
məsələlərdən də çox cəsarətlə bəhs edilir. Gənclərin tərbiyəsinə həsr edilən
öyüd-nəsihət xarakterli, yəni didaktik mövzuya həsr edilən tuyuqlar da az deyil.
     Məhəbbət mövzusuna həsr edilən tuyuqlar Qazi Bürhanəddin yaradıcılığında
çoxdur.
     Nümunəyə diqqət edək:
     Dilbərin işi itabü naz olur,
     Çeşmi cadu, qəmzəsi qəmmaz olur.
     Ey könül, səbr et, təhəmmül qıl ona
     Yara irişmək işi az-az olur.
     İstəklisinin ayrılıq cəfasına dözmək, çox az-az qismət olan vüsal-görüş
dəqiqələrinin şirinliyini düymaq bu tuyuqda necə də böyk sənətkarlıqla tərənnüm
edilmişdir.
     Qazi Bürhanəddinin ictimai-siyasi və didaktik məsələlərə həsr olunmuş tuyuqları
da çoxdur. Bu əsərlərdə çair dövrünün haqsızlıqlarını tənqid etiyi kimi, yeri düşdükcə
 gənclərə lazımi məsləhətlər verir, çalışır ki, xalqın və vətənin gələcəyi olan gənclərin 
xarakterində müsbət insani keyfiyyətlər cəmləşsin. Şairə görə, bütün müvəffəqiyyətin
 əsasını səbir və dözüm təşkil edir. Səbirli və dözümlü adama Allah da kömək olur!
     Nümunəyə diqqət edək:
     Hər zamanın bir nigarı şahı var
     Hər günün günəşi, gecənin mahı var.
     Oduna düşəli qalmadı qərar
     Yola çıxan kişinin Allahı var.
      İctimai-siyasi mövzuya həsr olunan ən dəyərli tuyuqlara İ.Nəsiminin yaradıcılığında
rast gəlirik. Özü də çox maraqlı haldır ki, şair hürufilik cərəyanının əsas ideyalarını məhz
yazdığı tuyuqlarda daha sərrast ifadə etmişdir.
      İ.Nəsiminin bu tuyuğu dediklərimizi sübut edir:
      Bulmuşam həqqi, ənəlhəqq söylərəm,
      Həqq mənəm, həqq məndədir, həqq söylərəm.
      Gör bu əsraı nə müğlət söylərəm
      Sadiqəm qövlümdə səddəq söylərəm.
     Tuyuqlarda bədii sənətkarlıq xüsusiyyətləri həmişə yüksək olub. Bu şeir parçalarında
sözün həqiqi və məcazi mənaları çox yüksək  sənətkarlıqla əlaqələndirilmişdir. Buna bir
 nümunə kimi tuyuqlarda qafiyənin cinas şəklində formalaşdığını qeyd etmək olar. Cinas
 şəklində qafiyəli tuyuqlar İ.Nəsiminin yaradıcılığında özünü çox göstərir.
     Nümunəyə diqqət edək:
     Adımı həqdən Nəsimi yazarəm,
     Bil bu mənidən ki, siməm, ya əzərəm
     Həm bütü üşolii, həm Azərəm.
     Bütün bu qeyd etdiklərimizdən belə nəticə çıxır ki, klassik ədəbiyyatımızda çox geniş 
işlənmiş tuyuq unudulmamalı, əksinə, ətraflı şəkildə öyənilməlidir.
     Tuyuqlar aaba formasında qafiyələnib. Lakin aaaa, yaxud aabb formalarında
 qafiyələnmiş nümunələrə də təsadüf edilir. Hecaların sayı , əsasən, 11 olub.
     “Tuyuq” adının get-gedə unudulmasının səbəbi çox güman ki,“rübai” və “bayatı”
 sözlərinin zaman getdikcə “tuyuğ”a təsiri ilə əlaqədardır. Bu, bizim şəxsi fikrimizdir.
     Türk xalqlaını qədim şeir növü olan tuyuğun indi yada salınması, dərsliklərimizə
daxil edilib öyrənilməsi təqdirəlayiq hadisədir.  






Hiç yorum yok:

Yorum Gönder