Şeirlər

                    Salam, əziz Novruzum!




Salam, əziz Novruzum!
                 Salam, müqəddəs bayram!
Mən səni varlığımdan
                  heç zaman ayırmaram;
 Necə novruzgülüsüz
                 cana gəlməz çöl-çəmən,
Necə Kür ilə Araz
                 ayrılmaz bir-birindən.
Çıxmısan əsrlərin
                 sınağından, Novruzum.
Səmənindən yaranıb
                 çöl sərvətim, ev ruzum.
Şamından od götürüb
                 yaşayır məhəbbətim,
Torpağa sədaqətim,
                ocağa sədaqətim.
Kor olsun, novrağını
                 köhnəliyə qatanlar.
Var olsun bayrağını
                 daim uca tutanlar.
Zülmətin qənimisən
                 günəşin parlaq yanır.
Sehrli gəlişinlə
                 günün ömrü uzanır.
.....Salam, əziz Novruzum,
                 Salam, müqəddəs bayram!
Mən səni varlığımdan
                 heç zaman ayırmaram.
                                                                        (Teyyub Qurban)






       Şəhidlər ölməzlərdir – ölməzi ağlamazlar.


Şəhidliyin zirvəsi göylər qədər ucadır,
Şəhidliyin dünyası min dünyadan qocadır.
Şəhidlik işıqlığa açılan bir bacadır,
Şəhidlər cənnət əhli, şəhidi yoxlamazlar,
Şəhidlər ölməzlərdir – ölməzi ağlamazlar.

Şəhidlər Vətən daşı, yurdun vətəndaşıdır,
Şəhidlər azadlığın uca heykəl daşıdır.
Şəhidlər qələbənin gürşadı, göz yaşıdır,
Şəhidlər şimşək kimi... buludlar saxlamazlar.
Şəhidlər ölməzlərdir – ölməzi ağlamazlar.

Şəhid doğulan yerdə əbədiyyət başlayır,
Şəhidlər imamlartək ürəklərdə yaşayır,
Şəhidlik karvanını zaman özü daşıyır,
Şəhidlik zəfər yolu – haqq yolu bağlamazlar,
Şəhidlər ölməzlərdir – ölməzi ağlamazlar.

Şəhidlər ana yurdu tutarlar candan baha,
Şəhidlər qanlarıyla yol açarlar sabaha,
Şəhidlər sevilərək yaxınlaşar Allaha,
Şəhidlər hər vaxt diri – ölməz, yas saxlamazlar,
Şəhidlər ölməzlərdir – ölməzi ağlamazlar.

                                   Oqtay Zəngilanlı



XOCALI MÜSİBƏTİ

Günəş, necə yanırsan?!
Necə alovlanırsan?!
Yer, niyə dolanırsan?!
Dayanıb sükutla dur!
Dərk et bu fəlakəti.
Görünməz müsibətdir,
Xocalı müsibəti.
Yerdə qalsa belə qan,
Əl üzülər dünyadan.
Məğrurdur Azərbaycan!
Cəzasız qalmayacaq
Törədən cinayəti.
Dəhşətlər dəhşətidir
Xocalı müsibəti!
                            Hikmət Ziya







Hiç yorum yok:

Yorum Gönder