Maraqlı məlumatlar


                  Əhmədli qəsəbəsinin adının tarixi.

     Məşhur səfəvi tayfalarından olan şahsevənlərdən Mahmud və
 Əhməd adlı iki varlı maldar qardaş öz tayfaları ilə birgə qış
 otlaqları tapmaq məqsədilə bu yerlərə gəlmiş və həmişəlik burada
 məskunlaşmışlar.
      Tezliklə kənd əhalisi arasında böyük hörmət və üstünlük
qazanan Şahsevənlər kəndi tayfa başçısı böyük qardaş Əhmədin
şərəfinə "Əhmədli" adlandırırlar. Bununla razılaşmayan Mahmud
böyük qardaşına qarşı çıxır və öz tayfasını ayıraraq kəndin digər
hissəsinə köçürür. Mahmudun tayfasının yaşamağa başladığı ərazi
isə, "Mahmudlu" adlanmağa başlayır. Lakin çox cəkmədən bu iki
hissə yenidən birləşir və kənd ağsaqqalları kəndin böyük qardaş
Əhmədin adını daşımasına qərar verirlər. Həmin vaxtdan bu günə
qədər Əhmədli kəndinin adı dəyişmədən qalmaqdadır.
      Əhmədli tarixindəki üçüncü mərhələ isə Azərbaycanda Sovet
hakimiyyəti illərinə təsadüf edir. Əhmədli kəndi 1936-cı ildən şəhər
tipli qəsəbə statusunu alır.


Hiç yorum yok:

Yorum Gönder