Şifahi xalq ədəbiyyatı nümunələri




                                     Mıxın mismar olması

     Bir dəmirçinin çox gözəl arvadı olduğunu eşidən şah, bəhanə ilə
dəmirçini öldürüb arvadını almaq istəyir. Bu məqsədlə onu yanına
çağırtdırıb səhərə qədər qırx min ədəd mıx hazırlamağı əmr edir və
bu işi yerinə yetirmədiyi təqdirdə onu öldürəcəyini söyləyir.
     Bir gecədə bu qədər iş görməyin mümkün olmadığını bilən dəmirçi
səhərə qədər yatmayıb ölüm saatını gözləyir. Səhər tezdən şahın
adamları qapını döyərkən, onu öldürməyə aparacaqlarını zənn edib
 arvadı ilə halallaşır. Lakin şah məmurları mıx üçün və ya dəmirçini
cəzalandırmaq üçün deyil, gecə ikən ölmüş şahın tabutunu bağlamaqdan
ötrü dörd mismar hazırlatmaq üçün gəldiklərini söyləyirlər.
     Azərbaycanın məşhur şairi M.P.Vaqif, Ağa Məhəmməd şah Qacarın
qəzəbindən qurtarıb həbsxanadan çıxdığı zaman öz dostu Vidadiyə “Bax”
rədifli şeirini yazır. Bu şeirdə o, ölümdən xilas olmasını dəmirçinin
zalım şahın əlindən qurtarması məsəli ilə ifadə edərək deyir:
         Qurtaran əndişədən ahəngəri-biçarəni,
         Şah üçün ol midbəri təbdil olan mismarə bax!
     Məsəl səbirli olmağa çağırır, ədalət və həqiqətin mütləq qələbə
çalacağına inam yaradır.


                                      **********************************

MARALYAN –toponimik rəvayət

Mən aşıq maralyana,
Sən də gəl Maralyana.
Necəsən bir ah çəkim,
Dağlarda maral yana?

     Qocalar deyirlər ki, keçmişdə Maralyan kəndinin camaatı əkinçiliklə
 məşğul olurmuş. Lakin əkin sahəsi azlıq etdiyindən yaxındakı kiçik
meşəni yandırmağı qərara alırlar. Kənd camaatının ağsaqqalı dünyagörmüş
bir adam idi. Nahaq işə yol verməyən, gücsüzü güclüyə döydürməyən,
ədaləti insaf tərəzisi bilən bu qoca ehtiyatla yeriyirdi ki, ayağının altında
bir günahsız qarışqa belə əzilməsin. Ona görə el ağsaqqalı rəiyyətinə deyir:
-         Onsuz da ağacı yandıranda günaha batacağıq. Barı elə eləyin
heyvanat aləmindən bir canlı qalmasın, hamısını qovub böyük meşəyə
ötürün.
     Camaat ağsaqqalın məsləhətini can-başla yerinə yetirir, sonra meşəyə
od vururlar..
     Yeri şumlayıb yerinə taxıl əkirlər. O ili yaxşı buğda yetişir. Oraqlar
 işə düşür. Sarı buğda xırmanlarda tayalanır, hamı bol məhsula sevinir.
     Camaat məhsul bayramına toplaşıb şənliyə başlayır. Bu ara
kəndçilərdən biri yanıb kösövə dönmüş bir maral balasını ağsaqqalın
hüzuruna gətirib, günahkarın tapılmasını tələb edir. Elə bil şənliyə su
səpilir. Hamı yanmış maral balası üçün heyifsilənir.İşbilənlər
aydınlaşdırır ki, heç kim maral balasına qəsd etməyib. Sən demə,
körpə dərəyə sıçrayarkən burxulub ayaqları sınıb, qaçıb canını alovdan
qurtara bilməyib.
     El ağsaqqalı kədərlə köksünü ötürüb deyir:
-         Bilmədim maral yana!
O gündən həmin kəndin adı “MARALYAN” adlanır.



Hiç yorum yok:

Yorum Gönder